Ofis ziyarəti “Dekoriza” – 31.01.2023

31 yanvar tarixində keçirilən ofis ziyarətimizin bu dəfəki ünvanı Dekoriza şirkəti idi. Partnyorumuz olan şirkət rəhbərləri ilə birlikdə görüşdə iştirak etdik. Şirkətin rəhbəri Aqil Mollazadə bizi və digər partnyorları salamladıqdan sonra şirkətin yarandığı gündən bugünə qədər olan fəaliyyəti haqqında maraqlı məlumat verdi. Ardınca da şirkət məhsulları haqqında geniş müzakirələr aparıldı.

Görüşün sonunda Dekoriza şirkəti partnyorlarımıza hədiyyələr təqdim etdi.

2013-cü ildən fəaliyyətə başlayan şirkət ölkədə həm də ilk UV istehsalçısıdır. İstehsalçısı olduğu bütün məhsullara uzunmüddətli zəmanət verir və müştəri razılığını hər daim göz önündə saxlayır. Həmçinin şirkət məhsulları arasında Almaniya istehsalı olan dartma tavan modellərinin də müştəriyə 10 il zəmanətlə verilməsi satış keyfiyyətini artırır.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

İcon Pərdə
Azprint
LS Laser Service
Jet Cinema
Oneamz
Caspian Profile Systems
Foto Xalça
Dekoriza