Yeni məqaləmizdə “Brendinq” haqqında yazdıq. Məqaləmizi oxuyaraq siz də, öz əlavələrinizi qeyd edə bilərsiniz.
Yeni quracağınız şirkətin ad seçimi, loqotip, sloqan, şriftlər, korporativ üslubundan ibarət iş toplusu brendinq adlanır.
Brendinq şirkətlər üçün çox vacib bir amildir. Çünki şirkətlər bazarda digər müəssiələrdən məhz öz tərzləri ilə fərqlənir və unikallığı ilə tanınırlar.
Şirkət yaradarkən təbiiki ilk olaraq ona ad seçimindən başlamalıyıq. Şirkətin adı fəaliyyət sahənizi mümkün qədər əks etdirməlidir. Ad seçimi edərkən diqqətli olmalı və şirkət gələcəyini fikirləşməlisiniz əks təqdirdə yanlış ad seçimi irəlidə özüilə bərabər problemlər də gətirə bilər. Ad seçməzdən əvvəl ada uyğun domain (veb ünvanın) boş olub olmadığını yoxlamalı əgər boşsa vaxtında almalısınız.
Daha sonra fəaliyyət sahənizə uyğun sloqan seçməlisiniz. Sloqan qısa və mənalı olmalıdır. Unutmayın ki, böyük markalar sloqanlarıyla yaddaşlarda qalırlar.
Ad və sloqan hazır olduqdan sonra ilk növbədə loqotip hazırlanmalıdır.
Daha sonra loqotipə uyğun olaraq şirkətin brend book-u formalaşmalıdır. Brendinqdə sadaladığımız bütün maddələr Brand Bookda yer alacaqdır. Loqotipin istifadə qaydası, yazı şriftləri, rənglər, firma blankı, biznes kart və s.
Brendinq etdirərkən işi peşəkar şəxslərə və ya şirkətlərə həvalə etməyi unutmayın.
© Nicat Səttarov