3 sentyabrda Arion Hotel-də “Partners & Business Night” adlı tədbir baş tutub. Tədbir şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və bu istiqamətdə müzakirələrin aparılması məqsədilə təşkil edilib. Tədbir Marsol sponsoru olan şirkətlərin tanıtım və təqdimatı, açıq bufet, musiqi və foto, video çəkilişlə davam edib. Bununla yanaşı Arion by Özsüt və Arion Hotel tərəfindən tədbirdə iştirak edən Marsol partnyorlarına restoran və hoteldəki xidmətlərdən endirimli şəkildə yararlanmaq üçün 15%-lik endirim kartı təqdim edilib.

Tədbir pandemiya qaydalarına uyğun və vaksin sertifikatı olan şəxslərin iştirakı ilə baş tutub.

Fotolar – https://bit.ly/3DMZDkw