Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 02.09.2021

Marsol Business Club-da növbəti “Dəyirmi Masa və B2B” görüşümüz baş tutdu. Görüşdə vergi və gömrüklə bağlı mövuzda geniş müzakirələr aparıldı. Bununla yanaşı yerli istehsalatla bağlı mövzulara da toxunuldu. Daha sonra tanışlıqlarla görüşümüz davam etdi. Şirkət rəhbərləri şirkətləri və fəaliyyətləri haqqında ətraflı məlumat verdi.

Tədbirin xüsusi qonağı Dövlət Məşğulluq Agentliyinin böyük mütəxəssisi Aqşin bəy oldu. O da öz növbəsində qazilərin məşğulluğuna dəstək məqsədilə başladılan “Məşğulluq Marafonu” haqqında sahibkarlara ətraflı məlumat verdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol MMC
Shams Group
BY Ayaqqabı Fabriki
Ecostep
Efor
Dövlət Məşğulluq Agentliyi
Koynekci.az