Biznes tur “Şabran” – 1 ci gün

Şabran turumuzun ilk günü nahar yeməyindən sonra otelə yerləşdik, istirahət üçün asudə vaxtı müxtəlif fəaliyyətlərlə dəyərləndirdik.

Axşam ziyafətindən sonra “Sahibkar və mühasib arasında düzgün kommunikasiya” mövzusunda təlim baş tutdu.

Dəyirmi masa ətrafında partnyorlar üçün təşkil olunan təlimdə “Meslehetci.az” şirkətinin həmtəsisçisi Abbas Orucəliyev vergi və maliyyə qaydaları haqqında informasiyanın düzgün çatdırılması, maliyyə planlaması və büdcələmə prosesi haqqında bir sıra mövzuları partnyorların diqqətinə çatdırdı.

Günün sonunda isə sosial fəaliyyət olaraq “Mafia” oyunu təşkil etdik, asudə vaxtımızı daha əyləncəli keçirmək imkanımız oldu.