Biznes Tur “Şabran” – 2-ci gün

Marsol Group partnyorlarının iştirakı ilə Şabran şəhərində baş tutan “Biznes Tur” yekunlaşdı.

Turun 2-ci günündə partnyorlarımız günortaya qədər oteldə müxtəlif fəaliyyətlərlə asudə vaxtlarını dəyərləndirdilər. Günün ikinci yarısında təşkil olunan təlim və mafia oyunu üçün yenidən bir araya gəldik. Təlim çərçivəsində “Sofistico” şirkətinin həmtəsisçisi və icraçı direktoru Şamxal Kərimov tərəfindən vergi məcəlləsinə edilən əlavələr və dəyişikliklər haqqında təqdimat baş tutdu. Sahibkarların mövzu çərçivəsində sualları cavablandırıldı. Axşam isə sosial fəaliyyət olaraq maraqla gözlənilən “Mafia” oyunu təşkil etdik, asudə vaxtımızı daha əyləncəli keçirmək imkanımız oldu.

Mütəmadi olaraq təşkil etdiyimiz “Biznes Tur”lar çərçivəsində sahibkarlarımızla Azərbaycanın müxtəlif bölgələrində asudə vaxtımızı dəyərləndirmək, müxtəlif sosial fəaliyyətlər və təlimlərlə turu sahibkarlar üçün daha da maraqlı hala gətirmək imkanımız olur.

“Biznes Tur”da iştirak edən partnyorlarımıza təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!