Biznes Tur “Şabran” – 1 ci gün

Marsol Group partnyorları bu dəfə “Biznes tur” çərçivəsində Şabran şəhərinə doğru yola düşdü.
Müxtəlif mövzuda təlimlərin və işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulan səfərdə partnyorlar üçün nahar yeməyi təşkil olundu.

“Fidan” restoranında baş tutan nahar yeməyində partnyorlarımız şirkətləri haqqında məlumat verdi, B2B müzakirələr oldu. Sonra Marsol Group haqqında təqdimat baş tutdu. Bu təqdimat çərçivəsində gələcək fəaliyyətlər, hal-hazırda davam edən layihələr haqqında məlumat verildi.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Quba-Xaçmaz regional koordinatorluğunun Siyəzən-Şabran KOB dostu Rahil Qurbanov da görüşümüzə qatılaraq sahibkarların fəaliyyətləri ilə tanış oldu. O, həmçinin KOB-ların təşəbbüs və təkliflərinin reallaşdırılması istiqamətində görülən tədbirlər haqqında sahibkarları məlumatlandırdı.

Bununla turumuzun ilk gününün birinci yarısını başa vurduq.