Fevralın 29-u “Regional tərəfdaşların inkişafı” layihəsinin Quba-Xaçmaz iqtisadi rayonu üzrə tədbirini gerçəkləşdirmək üçün Xaçmaz şəhərinə yola düşdük!
Bu uğurlu layihənin davam edən fəaliyyətləri ilə tanış olmaq və tədbirdə iştirak etmək üçün məhz paytaxt sahibkarları da bizə yoldaşlıq etdi.
Partnyorlarımız elə yoldaca öz şirkətləri haqqında məlumat vermək, layihə ilə bağlı təəssüratlarını bildirmək imkanı əldə etdilər. Martın 1-i “Xaçmaz KOB evi”ndə təşkil olunacaq tədbir və Quba rayonu üzrə nəzərdə tutulan “Biznes Tur” haqqında fikir mübadiləsi aparıldı.
Yolumuz uzun olmasına baxmayaraq bir o qədər də maraqlı keçdi, nəhayət Quba şəhərinə çatdıq. “Bizne Tur”un Qubada keçən ilk günündə sahibkarlar mafia oyunu və digər sosial fəaliyyətlərlə asudə vaxtlarını dəyərləndirdilər.