“Bakı KOB evi”ndə “Beynəlxalq standartlaşma və Avropa bazarına ixrac imkanları”na dair seminar – 29.02.2024

Fevralın 29-u “Bakı KOB evi”ndə “Beynəlxalq standartlaşma və Avropa bazarına ixrac imkanları”na dair seminar keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində “TÜV Rheinland Akademiyası”nın ekspertləri tərəfindən Avropa bazarına ixracla bağlı cari vəziyyət və imkanlar, beynəlxalq bazarlara çıxışa dair tələblər barədə sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Marsol Group partnyorları da bu seminarda iştirak edib xaricə ixracla bağlı sertifikatlaşma və digər sənədləşmə məsələləri ətrafında verilən məlumatlarla maariflənərək fikir mübadiləsi aparıblar.