Balkan turu – Bosniya və Hersoqovina, Serbiya

Marsol Group və Amazon Travel-ın təşkilatçılığı ilə baş tutan “Balkan turu” 25 may tarixində uğurla başa çatıb. Partnyorlarımızla həyata keçirdiyimiz bu turun ilk dayanacağı Monteneqro ölkəsi olub. Adriatik dənizinin sahilində yerləşən Monteneqro tarixi və təbii gözəllikləri ilə məşhur olan Balkan ölkəsidir. Burada Budva, Kotor, Perast, Herseq Novi və Podqoritsa şəhərlərini gəzdik. Azərbaycan və Türkiyəli iş adamları ilə görüşlər keçirildi, əməkdaşlıq və investisiya imkanları müzakirə olundu. Tarixi teksturası, mədəniyyəti və təbii gözəllikləri ilə məşhur olan Monteneqrodan sonra Bosniya və Herseqovinaya getdik.

Turumuzun davamında biz Bosniya və Herseqovina ölkəsinin paytaxtı Sarayevo şəhəri başda olmaqla Trebinye, Blagaj, Mostar şəhərlərini gəzdik və zəngin tarixi, mədəniyyəti həmçinin təbii gözəlliyini əks etdirən mühüm turizm məkanları ilə tanış olduq. Onu da qeyd edək ki, Sarayevo şəhərində yerləşən Osmanlı İmperiyasından qalma tarixi binaları və Osmanlı məzarlığını ziyarət etdik.

Və nəhayət turumuzun son ünvanı olan Serbiyada paytaxt Belqrad başda olmaqla Novi Sad və Sjenica şəhərlərində qonaq olduq. Belqrad, Novi Sad və Sjenicanın təbii gözəllikləri, tarixi binaları və mədəni fəaliyyətləri partnyorlarımızın diqqətini cəlb etdi. Həmçinin hər şəhərin fərqli atmosferinin olması bizlərə fərqli təcrübə təqdim edib.

Ümumiyyətlə, Balkanlar tarixi teksturası, təbii gözəllikləri və zəngin mətbəxi ilə son dərəcə cəlbedici bir bölgədir. Monteneqronu, Bosniya və Herseqovinanı və Bosniya mədəniyyəti ilə iç-içə olan multikultural Serbiyanın kəşfi səfərimiz zamanı xoş təcrübələr yaratdı. Ölkələr arasında iqtisadi əlaqələrin inkişafı və partnyorlarımız arasında sıx əlaqələr yaranması məqsədilə təşkil olunan “Balkan turu” Balkanların unikal abu havasını partnyorlarımıza çatdırmağa imkan verdi.