Business Breakfast “Pxali Xinkali” – 25.05.2023

Bugünki “Business Breakfast” görüşümüz Pxali Xinkali restoranında baş tutdu. Tədbirdə iştirak edən partnyorlarımız iş dünyasındakı inkişaflar, və biznesə dair mövzular haqqında söhbət edərək fikir mübadiləsi apardılar. Həmçinin əməkdaşlıq imkanları yaratmaq üçün bir-birilərilə daha yaxından tanış oldular. Görüşdə Özbəkistanda fəaliyyət göstərən “Biz Network” şirkətinin təsisçisi Sardor Mukhamedaliev də iştirak edərək fəaliyyətləri haqqında partnyorlarımızı məlumatlandırıb.

Görüş çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin şöbə müdiri Nicat Əlizadə tərəfdaşlarımıza “ARB24” telekanalı ilə birgə həyata keçirdikləri yeni layihə olan “Biznes Büro” verilişi haqqında məlumat verdi. O, həmçinin “Biznes Büro”nun fəaliyyətlərini daha aydın anlada bilmək üçün video təqdimat etdi. Bu təqdimat bizim tərəfdaşlarımıza layihənin məqsədləri və icra planını daha yaxşı başa düşməyə kömək etdi.

Daha sonra görüşdə iştirak edən partntorumuz “Bakcell“in B2B satış rəhbəri Fariz Cəfərov yeni fəaliyyətləri və həyata keçirilən əməliyyatlar haqqında video təqdimat etdi. Bu təqdimatda tərəfdaşlarımız “Bakcell”in son yenilikləri ilə tanış olmaq imkanı əldə etdilər. Bundan əlavə gələcək üçün nəzərdə tutulan “Marsol Tarifi” haqqında məlumat verildi. Görüş zamanı iştirakçılar iş dünyasındakı son yenilikləri müzakirə edib, fikir mübadiləsi aparıblar. Bununla da işgüzar tərəfdaşlarımız arasında əməkdaşlıq və daha güclü biznes şəbəkəsinin yaradılması imkanları artıb. Görüşdə iştirak edən hər kəsə təşəkkür edir fəaliyyətlərində uğurlar arzulayırıq.