“Yaşıl enerji və təmiz ətraf mühit” mövzusunda ictimai müzakirə

Mayın 30-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə ““Yaşıl enerji” və təmiz ətraf mühit: Bizneslər üçün inkişaf perspektivləri” mövzusunda ictimai müzakirə təşkil olunub.

Tədbirdə müvafiq dövlət qurumlarının, eləcə də sahə üzrə peşəkar biznes assosiasiyalarının nümayəndələrinin iştirakı ilə Azərbaycanda yaşıl enerjinin inkişafı, biznesə dəstək mexanizmləri, həmçinin mövcud vəziyyət və perspektivlərə dair aktual məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb. Marsol Group olaraq biz də tədbirdə iştirak etdik və partnyorumuz olan sahibkarların öz fikirlərini təqdim etməsinə vasitəçi olduq.

Daha sonra iştirak edən sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, sualları cavablandırılıb.