“Balanced Scorecard” təlimi – 04.11.2022

4 noyabr tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da Biznes və İdarəetmə üzrə konsultant Seymur İlyasovun “Strateji idarəetmə metodlarından biri olan: Balanced Scorecard” mövzusunda təlimi baş tutub. Təlim zamanı Seymur bəy “Stratejik İdarəetmə” mövzusunda partnyorlarımızı məlumatlandırıb və faydalı tövsiyələr verib.

“Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən keyfiyyətli təlimləri ilə MARSOL partnyorlarının davamlı inkişafını təmin etməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Gv Estetik
Bona Mente Consulting
World Kariyera Inkişaf Mərkəzi
Pərdəçi
Abşeron Logistika Mərkəzi
Design Street