Naxçıvan Muxtar Respublikası – işgüzar səfər

Marsol Partnyorları Naxçıvanda işgüzar səfərdə!

3 noyabr tarixində Partnyorlarımızla birlikdə Naxçıvan Muxtar Respublikasına Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşdük.

Səhər saatlarında səfərdə iştirak edən şirkətlərimizlə birlikdə “Dəyirmançı” restoranında “Business Breakfast” görüşümüzlə günə müsbət aurada başladıq. Görüş sonrası Naxçıvan şəhərində kiçik bir gəzinti etdik. Daha sonra “Gəmiqaya Holdinq”in İdarə Heyəti Sədrinin müavini Hasan Albayrak bizi “Köşebaşı” restoranında nahar yeməyinə dəvət etdi. Orada ləziz yeməklərdən dadaraq, partnyorlarımız öz fəaliyyətləri haqqında ətraflı məlumat verdilər. Hasan bəy də öz növbəsində “Gəmiqaya Holdinq” haqqında ətraflı məlumat verdi və partnyorlarımızın suallarını cavabladı.

Sonra isə energetik içkilərin istehsalatı ilə məşğul olan “Enna” şirkətini ziyarət etdik. Şirkətin rəhbəri Murad Məmmədov çay süfrəsi ətrafında bizə fəaliyyətləri ilə bağlı ətraflı məlumat verdi. İstehsalat gəzintisi edərək proseslərlə daha yaxından tanış olduq.

Növbəti istehsalat ziyarətimiz isə “Magna” brendi ilə tanınan “Cahan Sənaye Kompleksi Plastik Məmulatlar Zavodu”nda baş tutdu. İstehsalat gəzintisi edərkən zavodun rəhbəri Fehruz Zehirov bizi plastik məmulatların hazırlanması prosesləri ilə yaxından tanış etdi.

Günün sonun da isə “Milli Yeməklər” restoranında Naxçıvanın ləziz yeməklərinin dadına baxdıq.

Dörd günlük səfərimizin ilk günü bizə çox xoş təəssüratlar bağışladı. Səfər müddətincə mütəmadi paylaşımlar etməyə, burada qarşılaşdıqlarımızı sizlərlə bölüşməyə davam edəcəyik.