Ofis Ziyarəti “Unilegal Consulting” – 03.11.2022

Bu gün partnyorlarımızla birlikdə “Unilegal Consulting” şirkətinin qonağı olduq. Tanışlıqla başlayan görüşümüzdə bizi şirkətin rəhbərləri Tofiq Hacıyev və Rövşən İbrahimov qarşıladı. Əvvəlcə çay süfrəsi ətrafında partnyorlarımız öz fəaliyyətlərindən söhbət açaraq bir-birləri ilə daha yaxından tanış oldular. Daha sonra partnyorlarımıza “Unilegal Consulting” şirkəti və xidmətləri haqqında ətraflı məlumat verildi.

Belə ki, Tofiq bəy “Unilegal Consulting” şirkətinin əsas fəaliyyət prinsipinin vergi, mühasibatlıq, maliyyə xidmətləri, əmək və işəgötürmə hüquqları, kadr işinin təşkili, sənədlərin auditi, qanunla tələb olunan bütün fəaliyyət növləri üzrə lisenziyaların və əmtəə nişanlarının alınması və s. ibarət olduğunu, bu xidmətlərin müştərilərə çoxillik təcrübəyə malik mütəxəssislər tərəfindən verildiyini qeyd etdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

BHB Media
MyKart
Logitrans
Office Pro
Antik İnşaat
Storm Engineering