Ofis Ziyarəti “Bakudez” – 18.08.2021

MARSOL-un silsilə tədbirləri sırasında dezinfeksiya sahəsində fəaliyyət göstərən partnyorumuz  Bakudez-in ofisi ziyarət edildi.

Şirkətin rəhbəri Coşqun bəy dezinfeksiya sahəsindən danışdı və göstərdikləri xidmətlər haqqında ətraflı məlumat verdi.

Bakudez 2018-ci ildə təsis olunmuşdur və hazırda ölkədə dezinfeksiya sahəsində öndə gedən şirkətlərdən biridir.

Tədbirin sonunda iştirakçılar pandemiya dönəmində dezinfeksiya və təmizlik mövzusu ilə bağlı suallar verib, müzakirələr apardılar.

Başda Coşqun bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Globus Travel Agency

SG Logistics

Allsmart

Officepro

Moon Group

Bakudez