Bir şirkətin marka olması üçün ən vacib 6 şey

Yeni məqaləmizdə “Bir şirkətin marka olması üçün ən vacib 6 şey” haqqında yazdıq. Məqaləmizi oxuyaraq siz də, öz əlavələrinizi qeyd edə bilərsiniz.

  • Loqotip

Bir şirkətin ən vacib amillərindən biri təbiiki onun loqotipidir. Loqotipin mümkün qədər sadə və yadda qalan olması tövsiyə olunandır. Unutmayın ki, böyük markalar loqotiplərindəki mənalar və kreativliklə yadda qalırlar. Nəzərə alın ki, zövqlər müxtəlifdir, loqotip hazırladarkən bir neçə nəfərdən məsləhət almağı və işi peşəkarlara həvalə etməyi unutmayın.

  • Korporativ üslub

Hər bir şəxsin özünə aid tərzi (geyim, danışıq və s.) olduğu kimi şirkətin də özünə məxsus tərzi olmalıdır.

Bəs bura nə daxildir?

Rənglər: şirkətinizə aid olan rənglər bir və ya bir neçə rəng çalarlarından ibarət ola bilər. Şirkətin rəngləri əsasən loqotipə uyğun təyin edilir. Bu rənglər vebsaytınızda, biznes kartınızda, firma blankında, uniformalarda və bir sıra promo məhsullarda istifadə olunur. Rəng seçimi edərkən maksimum 2 rəngdən istifadə etməyiniz tövsiyə olunur.

Korporativ üslubun əsas atributları

Biznes kart

Firma blankı

Məktub üçün zərf

Şirkətin brand book-u hazırlanarkən burada sizin korporativ üslub təqdimat formasında yer alcaq. Brand book-da loqotipin istifadə qaydası, rənglər, biznes kart dizaynı, məktub və firma blankı dizaynı və s. qeyd olunacaq

  • Veb sayt

İndiki dövürdə heç bir şirkəti veb saytsız təsəvvür etmək olmur. Veb sayt şirkətinizin tanınması üçün ən vacib amillərdən biridir. Əgər siz də öz məhsul və xidmətlərinizi E-ticarətlə satışa çıxarmaq istəyirsinizsə bu veb saytsız mümkün deyil. E-ticarətlə məşğul olmasanız belə, veb sayt şirkətinizin marka olmasında böyük rol oynayacaq.

  • Korporativ E-poçt ünvanı

Fərd belə olsanız E-poçt ünvanınızın olması vacibdir. Sosial media hesabı yaradarkən, əksər saytlardan qeydiyyatdan keçərkən E-poçt ünvanı mütləq tələb edilir. Necə ki, bizim həyatımızda E-poçt böyük rol oynayır bu şirkətlər üçün də belədir. Ancaq bir məsələ var ki, şirkətin E-poçt ünvanı korporativ olmalıdır. Yəni “Gmail”, “Yandex”, “Mail.ru” kimi E-poçt sonluqlarından istifadə etmək doğru deyil. Bunun yerinə şirkətin veb ünvanının sonluğundan istifadə etməyiniz (Məs. [email protected] .com .net və s.) tövsiyə olunur

  • Sosial media hesabları

Artıq sosial media həyatımızın bir parçası olub. Trendləri, xəbərləri, bizə lazım olan informasiyanı və markaları soisal media hesablarımız vasitəsi ilə izləyirik. Buna görə də markanızın sosial media hesablarının olması vacibdir. Sosial media ilə markanızın böyüməsini və tanınmasını daha da sürətləndirə və daha çox müştəriyə çata bilərsiniz. 

  • Və ən əsası müştəri məmnuniyyəti.

Unutmayın ki, müştəri sizi həm ucalda, həm də, alçalda bilər. Şirkətinizin çox gözəl loqotipi, veb saytı, tərzi ola bilər, ancaq müştərisiz bir şirkət marka ola bilməz. Buna görə də ilk olaraq müştəri məmnuniyyətinə diqqət etməlisiniz.

© Nicat Səttarov