Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 18.08.2021

Marsol Business Club-da növbəti “Dəyirmi Masa və B2B” görüşümüz həftənin mövzusu olan “Böhranı necə fürsətə çevirmək olar?” mövzusu ilə baş tutdu. Mövzu ətrafında tərəfdaşlar müzakirələr aparıb, öz fikirlərini bölüşdülər. Bununla yanaşı tərəfdaşlar bir-birlərilə yaxından tanış oldular və biznesləri haqqında ətraflı məlumat verdilər

Görüşdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu departamentinin Bakı və xüsusi zonalar üzrə KOB dostu Səid bəy KOBİA-nın fəaliyyəti haqqında məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıb.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol MMC
KOBİA
BFAA
Piramida Reklam
Erkon ( Qonaq )
Diamond Glass
Express Logistika
Zəfəroğlu İnşaat