Azərbaycan-Türkiyə iş adamları arasında “Dine Hall” restoranında “Business Breakfast” görüş baş tutub.

Bu gün “Marsol” və “Era 360 Business Consultancy” şirkətlərinin təşkilatçılığı ilə Azərbaycan-Türkiyə iş adamları arasında “Dine Hall” restoranında “Business Breakfast” görüş baş tutub.

İşgüzar görüşdə Türkiyənin Kahramanmaraş şəhərindən üç biznes sahibi ilə Azərbaycanın iş adamları arasında ticarət əlaqələri müzakirə olunub.

İşgüzar görüşün mahiyyəti və məqsədləri barədə məlumat verən Azərbaycan Sahibkarlar Konfederasiyasının Reklam və Nəşriyyat müəssisələri ilə iş komissiyasının sədri, “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev bildirib ki, bu cür tədbirlərin mütəmadi olaraq təşkilində əsas hədəf Türkiyə-Azərbaycan iş adamlarının biznes münasibətlərini tənzimləmək və faydalı münasibətlərin qurulmasında iştirak etməkdir.

Görüşün digər təşkilatçılarından olan Azərbaycan Vəkillər Kollegiyasının, eləcə də İstanbul 2 nömrəli Vəkillər Kollegiyasının üzvü, Beynəlxalq Hüquq Komissiyasının sədri, Azərbaycan-Türkiyə Hüquq Platformasının həmsədri və “Era 360 Business Consultancy” şirkətinin rəhbəri Aygün Əliyeva tədbirin əhəmiyyəti barədə danışarkən əlavə edib ki, Türkiyənin Kahramanmaraş şəhərindən olan istehsalçı sahibkarlarla azərbaycanlı sahibkarları bir araya gətirməkdə məqsəd Azərbaycan və Türkiyə sahibkarları arasında güvən və etibara söykənən münasibətlərin yaranmasına nail olmaqdır:

Bununla yanaşı görüşdə “Azərbaycan Milli Məclisinin” deputatı Vüqar İskəndərov da iştirak edib. Bu tip işgüzar görüşlərin təşkilini biznes əlaqələrinin inkişafında müstəsna hal kimi dəyərləndirən millət vəkili Vüqar İskəndərov vurğulayıb ki, hazırda tədbirdə Kahramanmaraşdan çox uğurlu və böyük biznes sahibləri iştirak edir:

“Onlar bura Azərbaycan bazarı ilə yaxından tanış olmağa gəliblər. Bu gün burada həm Bakıdan, həm də rayon və digər şəhərlərimizdən tanınmış iş adamları, həmçinin biznesmenlər toplaşıb, müzakirələr aparırlar. Bu cür görüşlərin təşkili xüsusilə kiçik və orta biznesin inkişafında olduqca əhəmiyyətlidir. Hazırda dövlət tərəfindən də müvafiq sahəyə diqqət var. Bu görüşlərin özü də müvafiq sahədə inkişafa təkan verir”.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol
Emrahoğlu MMC
Crispa
BHB
Azani
Kapital Bank
Sabiroğlu
Tekaz
Yusif-NS
Dinçər Çarçıoğlu
İlğım
MSDİS Holding
Silo Construction
Era 360 Business Consultancy
Olive Bloss
Akalp Süt ve Süt ürünleri
EMF Laboratuvar Mühendislik Şirketi
Pak Xalça
MyFood

This will close in 0 seconds