“Axşam Ziyafəti və B2B” görüş – 08.04.2023

8 aprel tarixində “Shane English School” ilə birgə təşkil etdiyimiz növbəti “Axşam ziyafəti və B2B” görüşümüz “Prive Steak Gallery” restoranında baş tutdu. “Shane English School”un təsisçisi və direktoru Jalə Bəhramova gənclərimizin ingilis dili bacarıqlarının inkişafı mövzusunda partnyorları məlumatlandırdı. Daha sonra iştirak edən partnyorlarımız arasında müzakirələr aparıldı və axşam yeməyi masası ətrafında öz biznesləri haqqında məlumat verdilər.

Hal hazırda Azərbaycanda da fəaliyyət göstərən “Shane English School” 40 illik keçmişi olan bir dünya markasıdır. “Shane School”un məqsədi tələbələrin ingilis dili bilik və bacarıqlarını inkişaf etdirmək və onlara bu bacarıqlarından dərsdən kənarda güvənlə istifadə etmək imkanı yaratmaqdır. “Shane School” yalnız dil dərsləri verməklə kifayətlənmir, eyni zamanda conversation və sınaq imtahanları keçirərək tələbələrinin öz biliklərini daha da möhkəmləndirməsinə şərait yaradır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyələrində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Shane English School
Techmaster
GV Estetik
Müasir Psixologiya Mərkəzi
Arbitro
Abşeron Logistika
Smart Group
Auto City
Almet
Lassa
Documood
Red Kimya
Socar Petroleum
Silo Construction
Profdez
Dövlət Vergi Xidməti
Catering Baku
New Sfera
Fenstar