“Axşam ziyafəti və B2B” görüş – 07.04.2023

7 aprel tarixində “Marsol Group” və “Beynəlxalq Təhsil Mərkəzi”nin birgə təşkilatçılığı ilə növbəti “Axşam ziyafəti və B2B” görüşü “Türkel Sofrası” restoranında baş tutdu. Beynəlxalq Təhsil Mərkəzinin təsisçi və direktoru Ramal Şəmşədli gənclərimizin uğurlu gələcəyinə vasitəçi olması mövzusunda partnyorları məlumatlandırdı. Netvörkinq əlaqələrinin gücləndirilməsi məqsədi ilə təşkil etdiyimiz görüşdə axşam yeməyi masası ətrafında partnyorlarımız arasında yeni tanışlıqlar oldu və görüşdə iştirak edən şirkətlər öz biznesləri haqqında məlumat verdilər. Dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyin KOB dostu departamentinin Bakı və xüsusi zonalar üzrə koordinatorluğunun KOB dostu Səid Abbasov da görüşdə iştirak edərək müəyyən mövzularda həmsöhbət oldu.

Beynəlxalq Təhsil Mərkəzi 2017-ci ildən fəaliyyət göstərir. Türkiyə, Amerika, Avropa ölkələri üzrə həm əyani, həm də qiyabi bakalavr, magistratura və doktorantura üzrə qəbullar alır. Ölkələr üzrə 200-ə yaxın universitetlə əməkdaşlığı olan Beynəlxalq Təhsil Mərkəzi həmçinin aşağı siniflər üçün YÖS, SAT, IELTS, Alman dili və Olimpiadaya hazırlıq kursları keçirir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyələrində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Difa Consulting
Global Logistics
Yek Production
Onur Plast
Z-Glass
RF İnşaat
Qolat
D-İT
Kapital Bank
Ordubad Bazarı
Nömrə 1 Tədris Mərkəzi
Sumqayıt Ticarət Mərkəzi
KOBİA
Karyera və İşə Hazırlıq Mərkəzi
Jet Cinema
Amazon Travel
Deltatech
Zamex
SR Broker
CANAZ Group
Galata Eğitim Kurulları ( Qonaq )