By

marsol
Bugün “Marsol Business Club”da sahibkarların iştirakı ilə B2B görüşümüz baş tutdu. Görüşdə sahibkarlar bir-birilərilə tanış olub və biznesləri haqqında müzakirələr aparıblar. Daha sonra Marsol Group fəaliyyətləri və xidmətləri haqqında sahibkarlara məlumat verilib. Həmçinin tezliklə partnyorların istifadəsinə veriləcək “Marsol+” mobil tətbiqi haqqında təqdimat olunub və sahibkarların sualları cavablandırılıb. Onu da qeyd edək ki, bu tətbiq vasitəsilə...
Ətraflı
Bugünkü ofis ziyarətimiz, sponsorumuz “ERZ Ofis Mebeli” şirkətində baş tutub. Şirkətin rəhbəri Zaur Hüseynov , Elçin Rüstəmov və Rəşad Babayev partnyorlarımızı qarşılayaraq çay süfrəsi ətrafında qonaq edib. Səmimi mühitdə bir araya gələn partnyorlarımız bir-birilərilə yaxından tanış olub və Elçin bəyin şirkətin fəaliyyətləri və məhsulları haqqında verdiyi məlumatları dinləyiblər. Daha sonra partnyorlarımızla birlikdə şourumu ziyarət etdik...
Ətraflı
Biznes müsahibələrimizdə bu dəfəki müsahibimiz, 2022-2023 Marsol Group sponsorlarından olan “Unilegal Consulting” şirkətinin direktoru Süheylə Yusifli oldu. Süheylə xanım şirkətin fəaliyyəti və Marsol Group-la əməkdaşlıqları haqqında bizlərə danışdı.
Ətraflı
Bugün növbəti ofis ziyarətimizin ünvanı “Lunchef Catering”şirkəti olub. Şirkətin rəhbəri Nilufər Qarayeva bizləri çay süfrəsi ətrafında qonaq edərək şirkətin ləziz təamlarını təqdim etdi. Ardınca görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər. Görüşün davamında Nilufər xanım “Lunchef Catering” şirkətinin furşet, kofe-breyk, biznes-lanç kimi xidmətləri haqqında partnyorları məlumatlandırdı. Bununla yanaşı istehsal...
Ətraflı
Bugünkü ofis ziyarətimizin ünvanı 2012-ci ildən etibarən Azərbaycan bazarında yer döşəmələri sahəsində kovrolit satışı üzrə fəaliyyət göstərən “Kovrolin.az” şirkəti oldu. Şirkətin təsisçi və direktoru Vahid Hüseynov bizləri çay süfrəsi ətrafında qonaq etdi və şirkətin fəaliyyətləri haqqında partnyorları məlumatlandırdı. Görüşün davamında Vahid bəyin rəhbərliyi ilə partnyorlarımızla birlikdə müəssisənin şourumunu gəzdik, innovativliyi və uzunömürlülüyü ilə seçilən yer...
Ətraflı
Bu səhər Pxali Xinkali restoranında partnyorlarımızla birlikdə Business Breakfast görüşümüz baş tutub. Netvörkinqin biznesdəki önəmini bir daha vurğulayaraq partnyorlarımızın bir-birilərilə tanış olmasına vasitəçi olduq. Partnyorlarımız bir-birilərilə tanış olaraq öz fəaliyyətləri haqqında məlumat verib. Bununla yanaşı görüş çərçivəsində “Azərbaycan Dövlət Reklam Agentliyi”nin Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahirin “Reklam qurğularına texniki tələblər” mövzusunda təlimi...
Ətraflı
“Concrete Bureau” mühəndislik şirkəti olaraq 1961-ci ildən bəri fəaliyyət göstəririk. Bu günədək dövlət əhəmiyyətli, korporativ və fərdi olaraq yüksək perspektivli layihələrin icrasını həyata keçirmişik. 62 illik tarixi təcrübəmiz bənzərsiz portfoliomuzda əksini tapmışdır.  Hazırda şirkətimiz mühəndislik, memarlıq, inşaat , təmir – tikinti, interyer – dizayn, eksteryer – landşaft işlərini yüksək peşəkarlıqla reallaşdırır. İnşaat prosesinin bütün mərhələlərində...
Ətraflı
Mediazadə şirkəti olaraq biz Bakı şəhərində yerləşən MTK-larda, biznes mərkəzlərində olan monitorlarda, ödəmə terminallarında video çarxların yayımı ilə məşğuluq. Bu Sizə yeni müştərilərin cəlb olunmasına müsbət təsir edəcək. Sizə 60 monitorda yayıma nələr daxildir bunlar haqda qısa məlumat təqdim edirik: 1. Hər monitorda 15 saniyədən gündə 100 dəfə (08:00-dan 23:00-dək) yayım gecə saatlarını hədiyyə. 2....
Ətraflı
İNTERYER DİZAYN, funksional rahatlıq, təhlükəsizlik, sağlam mikroiqlim, rahatlıq və bədii cazibə ilə səciyyələnən xüsusi insan mühiti ilə nəticələnən binaların, xətlərin, formaların, fakturaların, mebellərin, rənglərin və işıqlandırmanın daxili məkanının dizaynı və təşkili. İnsanlar vaxtlarının çoxunu qapalı məkanda keçirdikləri üçün onların psixoloji rahatlığını təmin etməkdə yaxşı planlaşdırılmış interyer böyük rol oynayır. İnteryer dizaynı məhsuldarlığa, əmək məsrəflərinə qənaətə,...
Ətraflı
Bugünkü ofis ziyarətimiz sosial tərəfdaşımız olan Birgə və Sağlam İctimai Birliyinin “Kashalata” kafesində baş tutub. Görüşdə “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova müəssisənin fəaliyyəti haqqında ətraflı məlumat verməklə yanaşı, cəmiyyətdə maarifləndirici rol oynayan maraqlı mövzuları tərəfdaşlarımıza çatdırıb. Aytən xanım qonaqları müəssisənin fəaliyyətlərinin gerçəkləşdirildiyi zal və sinif otaqları ilə tanış edib və sosial məsuliyyət...
Ətraflı
1 60 61 62 63 64 185