Dekabrın 20-də Marsol Group partnyoru “Başkent Restoranlar Şəbəkəsi”nin sayca 5-ci olan Ağ Şəhər filialının açılışı baş tutdu. Marsol Group olaraq, partnyorlarımızla birlikdə açılış mərasimində iştirak etməkdən məmnuniyyət duyduq. Yeni məkanda fəaliyyətə başlaması münasibətilə “Başkent Restoranlar Şəbəkəsi”nin təsisçisi İlqar Mədinəyevi təbrik edir, xoş qarşılamaya və göstərilən qonaqpərvərliyə görə təşəkkürümüzü bildiririk.Ətraflı
“Marsol Group” partnyorlarından ibarət 32 komandanın iştirakı ilə 13 oktyabr tarixində start götürən “Marsol Mini Futbol Turniri 2024” yekunlaşıb. 20 dekabr Bakı Tennis Akademiyasında keçirilən Final mərhələsində 1-ci yeri “Birbank Biznes”, 2-ci yeri “KOBİA”, 3-cü yeri isə “Evsetra” komandası tutub. Yekunda qalib komandalara kubok, medal və digər hədiyyələr təqdim olunub. Tədbirin mükafatlandırma hissəsində Azərbaycan Minifutbol...Ətraflı
Marsol Group partnyorları 19 dekabr tarixində “LeDiOr Luxury Travel” şirkətini ziyarət edib. Ofis ziyarətində partnyorlarla birgə şirkətin fəaliyyət göstərdiyi turizm sektoru haqqında müzakirələr aparılıb, şirkətin təsisçisi Leyla Dibirova sahibkarlara turizm fəaliyyətləri və sektorda 18 illik təcrübəsi haqqında məlumat verib, əlavə olaraq qadın geyim mağazası “LeDiOr Boutique”i tanıdıb. Nəzərinizə çatdıraq ki, Hər il minlərlə turistin xaricə...Ətraflı