Marsol Minifutbol Turniri 2024 – Final

“Marsol Group” partnyorlarından ibarət 32 komandanın iştirakı ilə 13 oktyabr tarixində start götürən “Marsol Mini Futbol Turniri 2024” yekunlaşıb.

20 dekabr Bakı Tennis Akademiyasında keçirilən Final mərhələsində 1-ci yeri “Birbank Biznes”, 2-ci yeri “KOBİA”, 3-cü yeri isə “Evsetra” komandası tutub.

Yekunda qalib komandalara kubok, medal və digər hədiyyələr təqdim olunub.

Tədbirin mükafatlandırma hissəsində Azərbaycan Minifutbol Federasiyasının Prezidenti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, tədbirin digər tərəfdaş və sponsorları iştirak edib.

Qeyd edək ki, şirkətlərarası mini futbol turniri Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) tərəfdaşlığı, QOLAT Sport Services-in təşkilatçılığı ilə keçirilmişdir.

Turnirdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Baş sponsor: DJEVO Sport
Sponsor: Modern Hospital
Promo tərəfdaş: Moon Group

This will close in 0 seconds