Regionlarda fəaliyyətlərimiz davam edir. Partnyorlarımızla növbəti ofis ziyarətimiz 4 may tarixində Lənkəran şəhərində fəaliyyət göstərən “Eduland Daimi İnkişaf Mərkəzi”ndə baş tutdu. Səmərəli görüş zamanı, partnyorlarımız məqsədəuyğun olaraq B2B müzakirələr apardılar. Daha sonra tədris mərkəzinin fəaliyyətlərinin gerçəkləşdirildiyi zal və otaqlarla əyani şəkildə tanış olduq. “Eduland Daimi İnkişaf Mərkəzi”nin rəhbəri Abutalıb Kamalovun həmçinin rəhbərlik etdiyi “Paus Coffee...Ətraflı
Aprelin 2-si partnyorlarımızla birlikdə “Bestsol Group”u ziyarət etdik. Ənənəvi olaraq təşkil olunan çay süfrəsi ətrafında partnyorlarımız tanışlıq zamanı şirkətləri haqqında məlumat verib sənayedəki ən son inkişaflar və tendensiyalarla bağlı müzakirələr apardılar. Daha sonra “Bestsol Group”un təsisçisi Samir Məmmədovun təqdimatı ilə şirkətin iş mühitini, biznes təcrübələrini öyrənmək imkanımız oldu. Samir bəy şourumda gəzinti zamanı xüsusi texnikalar...Ətraflı
Marsol Group partnyorları ilə mayın 2-si “Sharaf Media” şirkətinin qonağı olduq. Təşkil olunan çay süfrəsi ətrafında iştirakçılar şirkətin strateji baxışını və innovativ təcrübələrini öyrənmək imkanı əldə etdilər. “Sharaf Media”nın rəhbəri Sərxan Şərəfovun təqdimatı ilə şirkətin geniş və müxtəlif reklam xidmətləri haqqında məlumat aldıq. Həmçinin, B2B əlaqələrin inkişafına yönələn müzakirələrlə iştirakçıların əlaqələri daha da zənginləşdi. Sahibkarlar...Ətraflı
Marsol Region partnyorlarını növbəti dəfə paytaxt sahibkarları ilə onlayn görüş çərçivəsində bir araya gətirdik. Mayın 5-i onlayn görüşümüzdə kreativ ideyalar və inkişaf potensialı olan layihələri təşviq edən təqdimatlarla partnyorlarımız bir-birilərilə tanış oldular. Görüşdə Sahibkarlığın İnkişafı Fondunun partnyorlarla iş şöbəsinin mütəxəssisi Humay Nəzərova qonağımız oldu. O, sahibkarlara fondun əsas fəaliyyət istiqamətləri, sahibkarlıq subyektlərinə göstərilən maliyyə dəstəyi...Ətraflı
Mayın 1-i Marsol Group partnyorları ilə birlikdə “Shane English School”u ziyarət etdik. Sadəcə “Ofis Ziyarəti” yox həm də “İşgüzar Səhər Yeməyi”ndə bir araya gəldiyimiz görüşdə şirkətlərin inkişafının mühüm hissəsi olan B2B əlaqələri genişləndirmək, eləcə də “Shane English School”un fəaliyyətləri haqqında məlumat almaq imkanı əldə etdik. Partnyorlarımızın təqdimatı ilə B2B müzakirələr də aktiv şəkildə davam etdi....Ətraflı
Handex – texniki, əsasən də Data sahəsi və aidiyyəti proqramlar üzrə təlimlər həyata keçirən, həmçinin analitika və hesabatlılığın təmin olunması üzrə xidmətlər göstərən Məhdud Məsuliyyətli Cəmiyyətdir.Tədris Mərkəzimizdə Data analitikası, Hesabat və analitika, SQL ilə analitika, Oracle SQL Developer, Data əsaslı satış strategiyası, SMM, Microsoft Excel, Power BI və Python ilə böyük dataların analizi proqramları üzrə...Ətraflı