Tünzalə Ağayeva qonağımız oldu

Azərbaycan Respublikasının Xalq Artisti Tünzalə Ağayevayla ofisimizdə səmimi görüşümüz baş tutdu. Fəaliyyətlərimizlə yaxından tanış olan Tünzalə xanım bizlərə öz brendi olan “SEVMELİ” məhsullarını təqdim edərək, məhsul və çeşidləri haqqında məlumat verdi. İncəsənətimizin, mədəniyyətimizin, milli dəyərlərimizin yaşanmasına və inkişafına özəl töhfələr verən Tünzalə Ağayevaya bizə göstərdiyi diqqət və ayırdığı vaxt üçün səmimi qəlbdən təşəkkür edir, musiqi sənətinə qatdığı dəyərlərdə və işlərində uğurlar arzulayırıq!

SEVMELİ – Azərbaycanın Xalq Artisti Tünzalə Ağayevə tərəfindən yaradılmış üstün keyfiyyətli, təbii məhsullardan məharətli əllərlə hazırlanan şirniyyat brendidir.