Növbəti “Business Breakfast” görüşümüz partnyorumuz “KOLORİT” kafedə baş tutdu. Görüşdə iştirak edən sahibkarlar öz biznesləri haqqında məlumat verərək bir-birləri ilə daha yaxından tanış oldu və bu tip görüşlərin biznes əlaqələrin qurulması üçün faydalı olduğundan danışıldı. Sonda isə görüşdə iştirak edən partnyorlarımıza öz şirkətlərinin də məlumatlarının yer aldığı “Business Catalogue” 2021-ci il nəşri təqdim edildi.

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.