22 sentyabr tarixində sahibkarlarla birgə, partnyorumuz olan Promoline şirkətinin ofisini ziyarət etdik. Şirkət rəhbərliyi bizi məhsulları və xidmətləri ilə tanış etdi və MARSOL partnyoru olan sahibkarlara endirimlər barədə məlumat verildi. Daha sonra çay süfrəsinə qonaq olduq və partnyorlarımız da öz fəaliyyətləri haqqında məlumat verdilər. Bizi qonaq etdiyi üçün şirkət rəhbərliyinə və görüşdə iştirak edən partnyorlarımıza təşəkkür edirik.

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.

2008-cı ildən fəaliyyət göstərən “PROMOLINE ADVERTISING” MMC QRAFİK DİZAYN, POLİQRAFİYA və PROMOSYON (Hədiyyəlik Əşya) sahələri üzrə yerli və xarici firmalara xidmət göstərməkdədir.” PROMOLINE” MMC fəaliyyətə başladığı ilk gündən bu günə qədər xidmət və məhsul keyfiyyətini ön planda tutmuş və müştərilərinə düzgün məhsulu vaxtında və ən uyğun qiymətə təqdim etmişdir.
İstehsalat və birbaşa idxalçı firma xüsusiyyətləri firmamıza sektorda fərqli bir mövqe qazandırmışdır.
Geniş məhsul seçimi, yüksək keyfiyyət və anbarı ilə tələbinizə anında cavab verən firmamız, müştərilərə istehsalçı və idxalçı firma imtiyazını qiymətləri ilə də yaşatmaqdadır. Bu gün xidmətə və keyfiyyətə əhəmiyyət verən, sektorun öndə gedən firmaları promosyon ehtiyacları ilə bağlı PROMOLINE markasını seçirlər.