Hər həftə mütəmadi olaraq, partnyorlarımızla birgə baş tutan görüntülü söhbətimizin, bu günkü moderatoru, Auditorlar Palatası’nın Auditoru, 4 İN şirkətinin həm təsisçisi və auditoru Məhəmməd Allahverdiyev olmuşdur. Məhəmməd bəy onlayn görüşdə, “Böhran dövründə maliyyə-mühasibat uçotunun təhlili və minimum zərər” və “Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi” mövzularında çıxış etmişdir. Partnyorlarımız da, öz növbəsində şirkət və xidmətlərini tanıtmış və mövzuya dair suallarını Məhəmməd bəyə ünvanlamışdır.