Görüş – Enterprice Solution and Consulting company MMC

“Enterprice Solution and Consulting company MMC”nin təsisçisi Ceyhun bəy və şirkətin icraçı direktoru Adilə xanımla əməkdaşlıq çərçivəsində görüşümüz baş tutdu və MARSOL partnyorları sırasına qoşuldular. Bizi ofislərində qonaq etdiyi üçün şirkət rəhbərliyinə təşəkkür edirik!

Enterprice Solution and Consulting company MMC ERP proqram təminatlarının tətbiqi və konsaltinq xidməti verir. İstehsal, layihə, xidmət sektorlarında biznes proseslərin avtomatlaşdırılması, maliyyə və mühasibat uçotunun qurulmasını, hesabatlılığın yaradılması üzrə xidmət göstərir. Kənd təsərrüfatı üzrə Əkinçilik və İstixanalar üzrə ixtisaslaşmış Agro-online ERP üzərindən tam avtomatlaşdırma və idarəetməni təmin edir. Mülki və agro dronlar üzrə dünyanın qabaqcıl markaları olan DJİ, Parrot, SenseFly üzrə Azərbaycanda rəsmi distributordur və yerli bazarda Dronexpert.az olaraq təqdim olunur