17 iyul tarixində növbəti vebinarımız baş tutdu. Bu dəfəki görüşdə partnyorumuz olmayan şirkət rəhbərləri də qonaq olaraq iştirak etdi. İştirak edən partnyorlarımz və qonaqlarımız öz işləri haqqında qısa məlumatlar verərək tanış oldular, görüşdə müxtəlif mövzuda müzakirələr edildi. Sonda isə, “SİKA” şirkətinin təqdimatı baş tutdu və fəaliyyəti haqqında ətraflı məlumat verildi. Vebinarda iştirak edən hərkəsə təşəkkür edir işlərində uğurlar arzulayırıq.
1910-cu ildə yaradılan, İsveçrə beynəlxalq miqyaslı kimya
şirkəti olan Sika 24 000-dən artıq əməkdaşı ilə dunyanın 101 ölkəsində 300-dən
artıq fabriki ilə fəaliyyət göstərir.
Sika, inşaat kimyəviləri sahəsində aparıcı mövqeyə sahib
kimya şirkəti olaraq, tikintidə, sənayedə və avtomobil sənayesində istifadə
olunan izolyasiya, yapışdırıcı, səs izolyasiyası, döşəmə örtükləri, struktur
gücləndirmə, təmir-bərpa məhsullarının istehsalını və kompleks həllini təqdim
edir. Şirkətimiz keyfiyyət və etibarlılığı ilə analoqu olmayan nüfuza malikdir.
Biz ən qabaqcıl texnologiyalar, xidmət və unikal təcrübədən istifadə edərək
məsələlərin həllini daha aydın şəkildə təmin edirik.
Bizim həyata keçirdiyimiz startegiya, inkişaf edən bazarlarda
fəaliyyətimizin sürətlə genişlənməsini nəzərdə tutur. Sika brendinin
davamlılığı və gücü, etibarlı tərəfdaşlığa verdiyi önəm və diqqətdədir. Biz
inanırıq ki, etibar və inam bizim tərəfdaşlarımızın və əməkdaşlarımızın
əsasıdır və bizi Sika şirkəti edən məhz göstərdiyimiz yüksək xidmət və məhsullarımızla
bağlı yeniliklərimizdir.