Yerli şirkətlərin tanıtım sərgisinin yekunlarına həsr olunmuş axşam ziyafəti – 13.06.2023

8-10 iyun tarixlərində Baku Crystal Hall-da “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda keçirilmiş yerli şirkətlərin tanıtım sərgisinin yekunlarına həsr olunan axşam ziyafəti baş tutub. Tədbirdə rəsmi qonaqlarla yanaşı sərgi iştirakçısı olan sahibkarlar və şirkət nümayəndələri iştirak edib.Rəsmilərin çıxışları, tərəfdaş və sponsorların mükafatlandırılması ilə başlayan tədbir bədii hissədə möhtəşəm şou proqramla davam edib.Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə keçirilib. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi, “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası”, “Prestij Kimya”, “Gədəbəy mineral suları- Slavyanka”, “Moon Group” və “BHB” strateji və kreativ media agentliyi sərgiyə dəstək göstərənlər sırasındadır.