XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi, ölkənin ilk özəl məktəblərindən biri kimi 2001-ci ildə təsis edilmişdir və hal-hazırda Azərbaycan, rus və ingilis bölmələri üzrə 3–17 yaşlı uşaqların milli və tanınmış beynəlxalq kurikulumlar (Kembric (Primary, Secondary, IGCSE, AS/A Levels) üzrə təhsil aldığı tədris mərkəzlərindən biridir. Mərkəz, 650-dən çox şagirdə təhsil xidməti göstərir.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi inkişafa açıq zehniyyəti dəstəkləyən, fərdi öyrənmə ehtiyaclarına uyğun, şagirdlərin hərtərəfli inkişafını təmin edən və onlara 21-ci əsrin daha rəqabətli şəraitində vacib hesab edilən bilik və bacarıqları qazandıran mühitdə təhsil verir. Mərkəz özünü aşağıdakı istiqamətlər üzrə digər təhsil Mərkəzlərindən fərqləndirir:
- Beynəlxalq səviyyədə təhsil-Mərkəz, rəsmi qeydə alınmış Kembric Beynəlxalq Məktəbidir ;
- Fərdi yanaşma-individual bacarıqlara görə xüsusiləşdirilmiş təhsil modelindən istifadə edilir;
- Gələcək üçün öyrənmə-şagirlərin “21-ci əsr bacarıqları” adlandırılan xüsusiyyətləri inkişaf etdiriilir və onlar gələcək rəqabət mühitinə hazırlanır ;
- İnkişafa açıq-inkişaf yönümlü düşüncə konsepsiyası ilə şagirdlərə nailiyyət əldə etmələri üçün istiqamət veriilir ;
- Hərtərəfli inkişaf-şagirdlərin təkcə dərslərində inkişafı deyil, həmçinin onların hərtərəfli inkişafı dəstəklənir.
Ünvan: İnşaatçilar prospekti 98
6. *Telefon: +994 12 510 02 05
7. Mobil: +994 50 278 80 83
8. web: https://21century.edu.az
9. e-mail: [email protected]
10. Facebook – https://www.facebook.com/XXICenturyschool
İnstagram – https://www.instagram.com/the21centuryschool/