Business Breakfast – 17.01.2023

Bu səhər yeni partnyorlarımızın da iştirakı ilə “Kitchen Plus” restoranında “Business Breakfast” görüşümüz baş tutdu. İşgüzar münasibətlərin gücləndirilməsi, yeni əməkdaşlıqlara zəmin yaratması məqsədi ilə təşkil etdiyimiz görüşdə əvvəlcə partnyorlarımız arasında tanışlıqlar oldu. Dövlət qurumlarından Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də görüşdə iştirak edərək müəyyən mövzularda həmsöhbət oldu.
Həmçinin görüşdə “Yerli şirkətlərin tanıtım sərgisi 2023” və “Marsol Karyera və İnkişaf Mərkəzi” tərəfindən təşkil olunan “Gələcəyin sahibkarları” layihəsi haqqında məlumat verildi.


Görüşün son hissəsində isə “SAT Group”-un rəhbəri Azad Qəhrəmanovun “Komandada zamanın idarə edilməsi və şəxsi effektivlik” mövzusunda təlimi baş tutdu. Mövzuya aid həm sahibkarların sualları cavablandırıldı. Həmçinin bəzi sahibkarlar mövzuya aid öz təcrübələrini də bölüşdü.


İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər –

Fiore – F
AK Piping
SG Logistika
Şərq-Qərb
Göktaş
United Payment
Dinçər

Carçıoğlu
Xəyal Media
Sat Group
LS Laser
ArchiCo Academy
Maricel Real Estate
Kitchen Plus
CPS
Asia Motors
Xalq Həyat
Antik İnşaat
Sweet Tweet
DMA
Unity Technology
Garanti Group
Deltatech
Əmlak.az
BestComp
Bakcell
Ok Media
Labor
MVC Group
Naxçıvan Bank
Sarp Systems
İşartı
New Life Systems