Bugün “Xalq Həyat” şirkətinin nümayəndəsi Tərlan bəy qonağımız oldu və əməkdaşlıq çərçivəsində görüşümüz baş tutdu.
15 mart 2019-cu il tarixində, Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat” Sığorta Şirkəti
ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya
verilmişdir.
Cəmiyyətin nizamnamə kapitalı 15 mln. manat təşkil edir və səhmlərinin
100 faizi “Xalq Sığorta” ASC-yə məxsusdur.
“Xalq Həyat” Sığorta Şirkəti ASC həyat sığortası sahəsində
geniş spektr üzrə xidmətlər göstərir. Bu, həm icbari sığorta, həm də könüllü
sığorta növlərinə aiddir.
Cəmiyyət 08 may 2019-cu il tarixindən etibarən, İstehsalatda
bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarında icbari sığorta növünü həyata keçirmək üçün “İcbari
Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının iştirakçı sığortaçıların reyestrinə
daxil edilib.
Cəmiyyət Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət
Fondunun müvəkkil sığortaçıların reyestrinə daxil edilib.