Bu gün Bakı KOB evində KOBİA yanında İctimai Şuranın təşəbbüsü ilə “Vergi sahəsində mövcud problemlərinin öyrənilməsi” ilə bağlı görüş keçirilib.
Görüş çərçivəsində partnyorlarımızla Dövlət Vergi Xidmətinin əməkdaşları arasında vergi sahəsində müəyyən problemlərin sahibkarlıq fəaliyyətinə təsiri haqqında müzakirələr aparılıb.
“KOBİA” yanında İctimai Şuranın sədri Fərhad Qaraşov da görüşdə iştirak edərək sahibkarlarla həmsöhbət olub.
Sahibkarların vergi, maliyyə və digər sahələrdə qarşılaşdıqları çətinliklərin həll yolları və müzakirəsi üçün B2G fotmatında təşkil olunan görüşlərdə iştirak etməsi və dövlət qurumları ilə sıx əlaqədə olması onların gələcək fəaliyyəti üçün əhəmiyyətlidir.İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!