İşgüzar Səhər Yeməyi “Bağ Evim” – 23.11.2023

Bugün Lənkəran şəhərində fəaliyyət göstərən partnyorumuz “Bağ Evim” restoranında dövlət qurumları və sahibkarlarımızla “İşgüzar Səhər Yeməyi”ndə bir araya gəldik.

Görüşdə “Azərişıq ASC Cənub Regional Enerji Təchizatı və Satış İdarəsi”nin rəisi Elgün Məmmədov, Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının tərəf və tərəfdaşlar üzrə şöbə müdiri Nahid Nağdiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev və “Kapital Bank”ın Lənkəran filialının rəhbəri Ramis Quliyev də iştirak edərək sahibkarlara qurumların yeni layihələri və planları haqqında məlumat verdilər.

Sahibkarlar arasında yeni tanışlıqlar və işgüzar müzakirələrin baş tutuğu görüşün sonunda Marsol Region partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olundu.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!