“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin növbəti tədbiri fevralın 28-i “İşgüzar Səhər Yeməyi” çərçivəsində “MADO” restoranında baş tutub.
Uzunmüddətli münasibətlərin qurulması, bu münasibətlərin inam və etibarla davam etməsi istiqamətində xanım sahibkarlar arasında yeni tanışlıqlar olub, əməkdaşlıq imkanları dəyərləndirilib.
Bununla yanaşı, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev də görüşdə iştirak edib və layihə iştirakçılarına uğurlar arzulayıb. O, Fondun fəaliyyət istiqamətləri haqqında təqdimat edərək sahibkarlığa və biznesə dəstək mexanizmi ilə bağlı iştirakçıları məlumatlandırıb.
Görüşdə 2024-cü il üzrə vergi məcəlləsindəki dəyişikliklərdən bəhs edən maarifləndirici təqdimat da baş tutub. “Meslehetci.az” şirkətinin həmtəsisçisi Abbas Orucəliyev tərəfindən mövzu ətrafında bir sıra məqamlara toxunulub.