Karyera və İşə Hazırlıq Mərkəzi 9 Noyabr 2021-ci il tarixində fəaliyyətə başlayıb. Mərkəz bir müddət “Təcrübə və Təqaüd Proqramları” brendi ilə fəaliyyətini davam etdirib.
Karyera və İşə Hazırlıq Mərkəzi təcrübəçi ilə müəssisə arasında təcrübə təminatçısı rolunu oynayır. Ölkəmizdə ilk və rəqibsiz fəaliyyət göstərən layihənin məqsədi tələbə-gənclərin fərdi inkişafına, təcrübəli mütəxəssis kimi formalaşmasına dəstək olmaqdır.
Proqram həmçinin müəssisələrin kadr potensialını zənginləşdirməkdən, dövlətimizə və cəmiyyətimizə faydalı olacaq mütəxəssislərin yetişməsinə və dövlətin gənclər siyasətinə kiçik töhfə verməkdən ibarətdir.
Təşkil etdiyimiz təcrübə proqramları minimum 2 və 3 ay, həftə içi 3 və ya 5 gün, gün ərzində 4 saat olmaqla səhər və günorta növbələri üzrə həyata keçirilir.
Proqramlarımızı uğurla başa vuran təcrübəçilərə ikili imza və möhürlə təsdiq edilmiş Sertifikat təqdim edilir.
Hazırda 100-ə yaxın çox şirkətlə rəsmi əməkdaşlıq müqaviləsi imzalanmış və 200-dən çox vəzifə üzrə təcrübə proqramları elan olunmuşdur. Günümüzədək proqramlarımızı uğurla başa vuran gənclərdən 100-dən çox şəxs iş qazanmışdır.
Ünvan: Gulustan Residence, 3cü mərtəbə (Bakı şəhəri, Nəsimi rayonu,
Bülbül prospekti 44)
Əlaqə: +994702145250
Web: www.tecrubemerkezi.az
E-mail: [email protected]