“Strateji idarəetmə metodlarından biri olan: Balanced Scorecard” mövzusunda təlimi baş tutub.

14 Mart tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da Biznes və İdarəetmə üzrə konsultant Seymur İlyasovun  “Strateji idarəetmə metodlarından biri olan: Balanced Scorecard” mövzusunda təlimi baş tutub. Ənənəvi olaraq partnyorlarımız arasında tanışlıqlar olub və öz şirkətləri haqqında məlumat veriblər. Təlim zamanı Seymur bəy “Stratejik İdarəetmə” mövzusunda partnyorlarımızı məlumatlandırıb və faydalı tövsiyələr verib.

“Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən keyfiyyətli təlimləri ilə MARSOL partnyorlarının davamlı inkişafını təmin etməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Art Jalüz
MRT Karniz
Dinçər və Carçıoğlu
Okuklu Holding
Azertexservis
Yusif NS
Banu Bağça
Qmeter
Pak Xalça
İdeal Print
Gens Elektrik
Helind
Fire Universal Group

This will close in 0 seconds