Şourum Ziyarəti “VMR Tekstil” – 25.07.2023

Partnyor şirkətlərin bir-birilərinin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədilə təşkil etdiyimiz növbəti ziyarətimiz bu dəfə “VMR Tekstil” şirkətində baş tutdu. Partnyorlarımız çay süfrəsi ətrafında şirkətləri haqqında məlumat verərək öz biznes təcrübələrini bir-birilərilə bölüşdülər. VMR Tekstil şirkətinin direktoru Vüsal Abbasov məhsulları və xidmətləri haqqında məlumat verərək partnyorlarımızın tərəfdaşlıq üçün potensial imkanlar yaratmasına vasitəçi oldu. Daha sonra Vüsal bəyin rəhbərliyi ilə şourumu gəzərək müxtəlif iş geyimləri ilə yaxından tanış olduq. Görüşün sonunda şirkət tərəfindən partnyorlarımıza hədiyyələr təqdim olundu.

Nəzərinizə çatdıraq ki, VMR Tekstil öz fəaliyyətinə 2013-cü ildə Türkiyənin ən öndə gələn tekstil markalarından biri olan “Kardelen Tekstil” olaraq başlayıb. İş geyimləri, iş təhlükəsizlik məhsulları və iş ayaqqabıları istehsalı və satışı sektorunda ölkəmizdə də fəaliyyət göstərən ən qabaqcıl şirkətlərdən biridir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

ArchiCo Academy
Sabiroğlu
Təmiz.az
Saloni
Zərif İnterior
Zəhra Klinikası
Qanun Mühasibatlıq
Kapital Bank