Ofis Ziyarəti “Moon Group” – 25.07.2023

Partnyorlarımızın iştirakı ilə bugün Marsol Group sponsoru olan “Moon Group” şirkətinin istehsalat bölməsini ziyarət etdik. Promo və mətbəə məhsullarının istehsal olunduğu geniş çeşidli çap avadanlıqları ilə yaxından tanış olduq. Şirkətin rəhbəri Ruslan Quliyev avadanlıqlar haqqında partnyorları məlumatlandıraraq verilən sualları cavablandırdı. Daha sonra partnyorlarımız çay süfrəsi ətrafında müəssisənin fəaliyyəti haqqında müzakirə apardılar və yeni tanışlıqlar baş tutdu. Görüşün davamında Ruslan bəyin rəhbərliyi ilə şirkətin şourumunu ziyarət edərək qeyd kağızları, kataloq, jurnal, qələmlər, fincanlar və bunun kimi promo məhsulları ilə yaxından tanış olduq. Görüşün sonunda şirkət tərəfindən partnyorlarımıza hədiyyələr təqdim olundu.

Azərbaycanda dövlət və özəl müəssisələrdə mətbəə, promo, reklam məhsullarının hazırlanması xidməti göstərən şirkət 2008-ci ildən fəaliyyətini davam etdirir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Sultanoğlu Bearings
Təndir Məndir
Kirpi Tekstil
Kapital Bank
Shane Academy
Ambiance Med
TAİM
Set Consulting
Halal-P
Nativis
Express Logistika
Concept Home
Can.az
Tayqatech