Sosial Fəaliyyət (Mafia) – 25.01.2022

25 yanvar partnyorumuz “La Liga Lounge Center”də “MARSOL” tərəfdaşlarının asudə vaxtlarının səmərəli keçirilməsi və səmimi ortamda dostluq əlaqələrinin qurulması üçün nəzərdə tutduğumuz sosial fəaliyyətlərdən olan növbəti mafia oyunu və axşam ziyafəti baş tutdu. Öncə “MARSOL” tərəfdaşları arasında tanışlıqlar oldu və şirkətlərinin təqdimatını etdilər. Partnyorlarımız sahibkarlıq fəaliyyətləri haqqında məlumat verdikdən sonra oyuna başladılar. İlk dəfə iştirak edən iştirakçılar olmağına baxmayaraq maraqlı oyunlar sərgiləyərək görüşü daha da maraqlı etdilər.Mafia oyunu hər dəfəsində fərqli iştirakçılarla reallaşdığına görə fərqli strategiyalarla qarşılaşırıq və oyun daha da maraqlı olur.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Prof Solution
Kartpak
Meslehetci az
Şəms Aydınlatma
Roland
Sona Cake House
Canaz TV
Kapital Bank
Prestij Kimya
Saloni Mebel
İşartı
DHA
İvento
Shane Akademy
BYTE
AEServis
Pərdəçi
Laliga Game Center