Business Breakfast “MARSOL Business Club” – 26.01.2022

Sahibkarların netvorkinq əlaqələrinin gücləndirilməsi məqsədilə təşkil etdiyimiz növbəti “Business Breakfast” görüş “MARSOL Business Club”- da partnyorumuz “Good Finance” şirkətinin təqdimatı ilə reallaşdı. Şirkət rəhbərləri arasında tanışlıqlar oldu, eyni zamanda sahibkarlar öz işləri haqqında məlumat verdi. Daha sonra “Good Finance” şirkətinin rəhbəri Vüsal bəy şirkətin 2019-cu ildə yaradıldığını və əsas fəaliyyəti korporativ müştərilərə çeşidli maliyyə xidmətləri göstərmək olduğunu qeyd etdi. Həmçinin Vüsal bəy təqdimatında bildirdi ki, Konsaltinq layihələrində müştərilərə təkcə maliyyə xidmətləri deyil, ümumi biznes konsaltinq həlləri də təklif edirlər. Şirkət maliyyə, vergi, mühasibatlıq və audit üzrə peşəkar xidmətlərlə yanaşı bir çox konsaltinq, diaqnostika və “uçotun 0-dan qurulması” üzrə də təcrübəyə və uğurlu nəticələrə malikdir. Sonda isə 2022-Vergi Məcəlləsində dəyişiklər haqqında sahibkarlarımızı məlumatlandırdı .
Bununla yanaşı görüşümüzdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi Sabir bəy də iştirak etdi.Partnyorlarımızın suallarını cavablayaraq onlara fəaliyyət istiqamətlərində məsləhətlər verdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər :

Erz Mebel
Euroglass Art
3D Kulubu
KOBİA
Good Finance
Natura İnşaat
Marry Me
SG Logistika
MYziron
Social Lab

This will close in 0 seconds