Sosial Fəaliyyət (Mafia) – 01.10.2021

1 Oktyabr  Marsol Business Club-da  “MARSOL” tərəfdaşlarının asudə vaxtlarının səmərəli keçirilməsi və yeni biznes əlaqələrinin qurulması üçün nəzərdə tutduğu sosial fəaliyyətlərindən olan növbəti mafia oyunu baş tutdu. Öncə “MARSOL” tərəfdaşları arasında tanışlıqlar oldu və şirkətlərinin təqdimatını etdilər.

Partnyotlarımız sahibkarlıq fəaliyyətləri haqqında məlumat verdikdən sonra oyuna başladılar. İştirakçılar zamanla təkmilləşmiş və yeni funksiyalı oyun sergiləyərək maraqlı oyun apardılar. Mafia oyunu hər dəfəsində fərqli iştirakçılarla reallaşdığına görə fərqli strategiyalarla qarşılaşırıq və oyun daha da maraqlı olur.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

Marsol MMC
İvento
Fenstar
Destec Group
Kababçı restoranı
Bayraq evi
BLG
EFOR
Best Tech MMC