Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 01.10.2021

Bu gün partnyorumuz olan xanım sahibkarların da iştirakı ilə Marsol Business Club-da “Şirkətinizdə komanda ruhunu inkişaf etdirmək üçün hansı texnikalardan istifadə edirsiniz?” mövzusunda “Dəyirmi Masa və B2B” görüşümüz baş tutdu. Partnyorlarımız mövzu ətrafında geniş müzakirələr aparıb, fikir mübadiləsi etdilər. Bununla yanaşı tərəfdaşlar bir-birlərilə yaxından tanış oldular və biznesləri haqqında ətraflı məlumat verdilər.
Görüşdə “Sahibkarlığın İnkişafına Dəstək Fondu” Sahibkarlarla və müvəkkil kredit təşkilati ilə iş şöbəsindən Selcan xanım iştirak etdi və fond haqqında məlumat verdi və partnyorlarımızı maraqlandıran sualları cavablandırdı.


İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edənlər –

Marsol MMC
Sahibkarlığın İnkişafına Dəstək Fondu
Labor MMC
Prochem MMC
İcon Pərdə
Strix MMC
Parallel Oil
İnci Psixoloji Reabilitasiya Mərkəzi
Estebel İstanbul Stomatoloji Klinika
Corn Advertising