“Satışın psixologiyası” mövzusunda təlim

28 iyul tarixində Marsol Group-un nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “Marsol Business Club”da “Adıgözəl & TİAK” şirkətinin rəhbəri Zahid Adıgözəlovun “Biznesdə psixologiya” mövzusunda təlimi baş tutub. Əvvəlcə təlimdə iştirak edən partnyorlarımız arasında tanışlıqlar olub. Daha sonra Zahid bəy “Biznesdə psixologiya” haqqında partnyorlarımızı maarifləndirib.
Təlimdə satış proseslərində müştəri davranışlarını anlamaq və effektiv şəkildə idarə etmək üçün nə edə biləcəyimizə dair vacib strategiyalar paylaşılıb.

Bu cür təlimlərin mütəmadi olaraq keçirilməsi və partnyorların inkişafına töhfə verməkdə davam etməsi böyük əhəmiyyət kəsb edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Avtotemir.az
Compar Academy
Bayraktar Holding
Turkesh Dekor
Helind
Mart Group
Əhmədoğlu
Logitrans
Rəmzioğlu Paxlava