11 aprel MARSOL MMC-nin təşkilatçılığı, “Ağ Saray Residence”, “Qayo”, “Sabiroğlu”, “Top supermarketlər” şəbəkəsinin dəstəyi və “Vəlioğlu” şirkətinin tərəfdaşlığı ilə “Marriott Hotel Boulevard”da 400-ə yaxın sahibkarın və dövlət qurumlarının iştirakı ilə Ramazan ayı münasibətilə “Sahibkarlarla iftar süfrəsi” adlı tədbir təşkil olunub.
Tədbirin salamlama nitqini “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev edib. İştirak edən dövlət qurumlarının nümayəndələrini və Marsol partnyorlarını salamlayaraq, Ramazan ayı münasibətilə hər kəsi təbrik edib və gələcək dövr üçün fəaliyyətlərində uğurlar arzu edib.
“Sahibkarlarla iftar süfrəsi” tədbirində dövlət qurumlarından olan qonaqlarımız- Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinn sədri Osman Xaliyev, Mediasiya şurası İdarə Heyətinin sədri Nadir Adilov və Milli Məclisin deputatı Vüqar İskəndərov və deputat Emin Hacıyev iştirak edib.
Tədbirdə çıxış üçün söz Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədova verildi. Çıxışı zamanı Orxan Məmmədov Cənab Ali Baş Komandanın apardığı uğurlu siyasətdən və Azərbaycan sahibkarına yaradılan biznes şəraitdən bəhs etdi. Həmçinin biznes statistikasının təkmilləşdirilməsi və inkişafı istiqamətində sahibkarlarla sıx əməkdaşlıq və fikir mübadiləsindən söhbət açdı. Sonda isə Marsol partnyorları olan sahibkarlarımızlada yeni əməkdaşlıqlarıda qeyd etdi.
Növbəti çıxış üçün söz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyliyə verildi. Çıxışı zamanı Mustafa Abbasbəyli “MARSOL” MMC-nin Azərbaycan iqtisadiyyatının ayrı-ayrı istehsal və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlarla dövlət qurumları arasında körpü rolunu oynadığını qeyd etdi. Sahibkarlar arasında iş birliyinin artması, işgüzar əlaqələrin genişlənməsi məqsədi ilə keçirilən görüşlərdə geniş əlaqələr qurulacağına və inkişafa doğru daha da ciddi addımlar atılacağını qeyd etdi.
Daha sonra çıxış üçün Vüqar İskəndərov kürsüyə dəvət olunub. Deputat Vüqar İskəndərov Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə həyata keçirilən islahatlardan, Milli Məclisin fəaliyyətindən və Azərbaycanın uğurla inkişafından bəhs edib. Həmçinin, “MARSOL” MMC-nin sahibkarlğın daha da inkişaf etməsi istiqamətində olan faydalarından, fəaliyyət prinsiplərindən danışaraq çıxışını sonlandırıb.
Həmçinin tədbirdə çıxış üçün söz “MARSOL” MMC-nin fəaliyyəti ilə yeni tanış olan Milli Məclisin deputatı Emin Hacıyevə verilib. Deputat “MARSOL”-un fəaliyyətinin sahibkarlarla dövlət qurumları arasında fürsət olaraq yüksək qiymətləndirdiyini qeyd edib.
Növbəti çıxış üçün söz Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse- prezidenti Vüqar Zeynalova verilib. Çıxışı zamanı Vüqar Zeynalov biznesin inkişafında, mühüm layihələrin reallaşdırılmasında, təcrübə mübadiləsində və sahibkarlıq sahələrində məhsuldar əməkdaşlıq üçün böyük perspektivlər yaranmasında“MARSOL”MMC-nin rolunu qeyd edib.
Dövlət qurumları nümayəndələrinin çıxışından sonra söz “Sahibkarların iftar süfrəsi” tədbirinin təşkilində dəstək olan “Vəlioğlu”, “Ağ Saray Residence”, “Sabiroğlu”, “Qayo” şirkətlərinin rəhbərlərinə verildi.Çıxışları zamanı partnyorlarımız şirkətləri haqqında məlumat verdilər və qonaqlarımızı Ramazan ayı münasibəti il təbrik etdilər.
Biznes imkanları, məlumat mübadiləsi və innovasiyaya yol açan növbəti görüşlərimizdən olan “Sahibkarlarla iftar süfrəsi” partnyorlarımızın səmimi mühitdə yeni tanışlıqlar və dostluq münasibətləri qurub, netvorkinq əlaqələrini genişləndirməsinə vəsilə oldu.
Fəaliyyətimiz müddətində yanımızda olub, bizə dəstək göstərən partnyorlarımıza və dövlət qurumlarına yeni layihələr və yeni idealarla görüşmək ümidi ilə təşəkkürümüzü bildiririk.