“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi ilə bağlı martın 7-si Sahibkarlığın İnkişafı Fondu ilə Marsol Group partnyorları arasında görüş keçirilib.
Qarabağda layihə həyata keçirmək istəyən şirkətlərin iştirakı ilə baş tutan görüşdə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev çıxış edib. “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizminin təqdimatı keçirilib, biznes nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Təşkil etdiyimiz B2G formatda görüşlərin sahibkarlar və dövlət qurumları arasında konstruktiv əməkdaşlıqlara və ölkə iqtisadiyyatının inkişafına böyük töhfələr verəcəyinə inanırıq.