“Reklam və nəşriyyat müəssisələri ilə iş” komissiyasının növbəti iclası keçirilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının “Reklam və nəşriyyat müəssisələri ilə iş” komissiyasının növbəti iclası keçirilib. İclasda daxildə emal, gömrük prosedura, reklam və nəşriyyat sahəsində fəaliyyət göstərən şirkətlərin bir sıra malların idxalına tətbiq olunmuş gömrük rüsumlarının optimallaşdırılması müzakirə edilib.

Sahibkarlar-ı narahat edən sualları Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru Fuad Məmmədov, Gömrük prosedurlarının idarəolunması şöbəsinin böyük inspektoru Nuran Süleymanov cavablandırıb.